Bu da Kia GT və GT4 Stinger - FOTO

28 Oktyabr 2014 23:20
Bu ərəfədə demək olar ki, bütün dünya avtomobil dərgiləri Kia şirkəti rəhbərliyinin yeni 4 qapılı idman avtombili buraxmaq haqqında ciddi şəkildə düşündüyünü yazırlar. Model GT konsepti əsasında hazırlanacaq. Bu gün artıq bəzi Britaniya mənbələri yaxın illərdə Kia GT ilə yanaşı GT4 Stinger kupenin də bazara çıxmağa hazırlandığını yazırlar.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni flaqman Kia GT seriya versiyası 2016-cı ildə təqdim ediləcək. Bir çox mütəxəssislər bildirirlər ki, özünün dünya debütü ilə dördqapılı Kia Gt seriya sedanı hətta Audi A7 modelinin real rəqibi ola bilər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.