Tanış olun: Ford Troller T4 Concept - FOTO

28 Oktyabr 2014 20:06
Bu həftəsonu San-Paulu avtosalonunda Ford Troller T4 konseptinin premyerası olacaq. Lakin artıq avtomobilin rəsmi reklam fotoları dərc edilib. Bu yolsuzluq avtomobili sanki keçilməz Braziliya meşələri üçün nəzərdə tutulub və ona şəhərdə qətiyyən yer yoxdur. Niyə?

Milli.Az 4charx.com-a istinadən bildirir ki, kələ-kötür Troller T4 şnorkel, bucurqad (lebyodka), enli kəndarlar, başaboy möhkəm bamperlər, damda ekspedisiya ləvzimatları üçün yük yeri, alt hissə üçün dairəvi qoruma, salonda silah və ya xüsusi qiymətləri əşyaları saxlamaq üçün polad seyf ilə təchiz edilib. Yaraşıqlı üçrəng salon dəri ilə işlənib. Müasir sivilizasiya məhsullarından isə klimat-kontrol və naviqatoru qeyd etmək olar.

SUV güc qurğusu 197-güclü 3,5 litrlik 5 silindrli dizel və 6 pilləli mexaniki ötürücü qutudan ibarətdir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.