Azərbaycanda daha bir şəxs 4 uşağı ilə İŞİD-ə qoşuldu

28 Oktyabr 2014 15:58

Azərbaycanda daha bir şəxsin ailəsini də götürərək Suriyaya getdiyi bildirilir

Milli.Az-ın simsar.az-a istinadən verdiyi məlumata görə, Qax rayonu Zərnə kənd sakini, 1971-ci il təvəllüdlü Abdulhəmid Zeynalabid oğlu Əliyev iki həftə əvvəl 4 nəfərdən ibarət ailə üzvlərini də götürərək Suriyaya gedib.

Kənddən bildirilib ki, onun Suriyada gedən hərbi əməliyyatlarda "İraq Şam İslam Dövləti" adlı qruplaşmaya qoşulduğu deyilir.

Qeyd edək ki, hələ 2010-cu ilin aprelində Abdulhəmid Əliyevin yaşadığı evdə hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbiri aparılıb.

Bu zaman A. Əliyevin yaşadığı evdən vəhabiliyi təbliğ edən 33 ədəd müxtəlif adda dini kitab, 7 broşür və 4 ədəd audio disk aşkar edilərək götürülüb. A.Əliyev barəsində inzibati qaydada tədbir görüldükdən sonra sərbəst buraxılıb.

Milli.Az