Azərbaycanlı akademikdən böyük uğur

28 Oktyabr 2014 15:54
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyev Böyük Britaniyada Oksford Akademiya İttifaqının təsisçiləri və üzvləri sırasında yer alıb.

AMEA-dan Trend-ə verilən məlumata görə, yeni qurum elm və təhsil liderlərinin Oksford sammitində imzalanmış memorandumla yaradılıb. Avropa Biznes Assambleyası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycandan əlavə 30-dan çox ölkə təmsil olunub.

H.Quliyevin təsisçilərin sırasında yer alması sammitin təşkilat komitəsinin təklifi ilə reallaşıb. Həmçinin Azərbaycan aliminə ittifaqa üzvlük barədə sertifikat təqdim olunub.

Milli.Az