Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Atletiko Madrid"i çalışdıran Diyeqo Simeone La Liqada 2013/14 mövsümünün baş məşqçisi seçilib. Gənc mütəxəssis 1996-cı ildən sonra ilk dəfə "Atletiko"nu Primeroda çempion edərək Çempionlar liqasında da finala çıxarmağı bacarmışdı. Simeonenin məhdud oyunçularla bu uğurları qazanması La Liqa rəhbərliyi tərəfindən də qiymətləndirilib.
"Rayo Vallekano"nun baş məşqçisi Pako Xemez 2-ci yeri tutub. Ötən mövsüm çempionata uğursuz başlayan Madrid klubu Segunda divizionuna yuvarlanmaq təhlükəsi qarşısında qalmışdı. İkinci dövrədə komandanın sükanı arxasına keçən Xemez "Rayo Vallekano" ilə əla nəticələr qazanmaqla klubu turnir cədvəlində 12-ci yerə çıxara bildi.
Ernesto Valverde isə geridə qalan çempionatın ən yaxşı 3-cü məşqçisi olub. "Atletik Bilbao" ilə "Real Madrid", "Barselona" və "Atletiko" kimi liderlərə çətin anlar yaşadan Baskoniya təmsilçisi La Liqanı 4-cü tamamlamaqla Çempionlar Liqasına vəsiqə qazanmışdı.
Milli.Az