"Qarabağ" "Neftçi"ni qabaqladı

28 Oktyabr 2014 15:02

UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 454 komandanın yer aldığı siyahıda Azərbaycan 7 klubla təmsil olunub.
 

Avropa Liqasının qrup mərhələsində səfərdə "Dnepr"ə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" klubu reytinqdə irəliləyib. Ağdam təmsilçisi hazırda 9.400 xalla 164-cü pillədə qərarlaşıb.
 

Son Azərbaycan kubokunun qalibi "Neftçi" klubu isə geriləyərək 8.900 xalla 175-ci olub.

Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən, hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:


164. "Qarabağ"
175. "Neftçi"
271. "İnter"
299. "Xəzər Lənkəran"
340. "Bakı"
363. "Qəbələ"
365. AZAL
 

Reytinq cədvəlinə yenə də Çempionlar Liqasının son qalibi "Real" (Madrid) klubu başçılıq edir. "Barselona" ikinci, "Bavariya" isə üçüncü yerdədir.
 

Qeyd edək ki, ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. "Qarabağ"ın "Dnepr" üzərindəki qələbəsindən sonra xalını 12.000-ə çatdıran ölkəmiz reytinqdə 29-cudur.

Milli.Az