Astarada bomba həyəcanı
28 Oktyabr 2014 14:40
Astara rayonunda DSX-yə məxsus ərazidə dəniz sahilində sahil mühafizə xidməti tərəfindən partlayıcı qurğu aşkarlanıb.
Milli.Az CTV-yə istinadən bildirir ki, partlayıcı qurğunun zərərsizləşdirilməsi üçün FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə çağırılıblar. Məlum olub ki, aşkarlanmış tank əleyhinə idarəetmə raketi tam döyüşə yararlı vəziyyətdədir.
Xilasedicilər tərəfindən dərhal hadisə yerində təhlükəsizlik tədbirləri görülmüş və ərazidə olan mülki vətəndaşlar təhlükəli zonadan uzaqlaşdırılmışlar. Silah Lənkəran Daxili Qoşunlarının Mühəndis İstehkam mütəxəssisləri tərəfindən aşkarlanmış yerdə partladılaraq, zərərsizləşdirilib.
Milli.Az