50 məmuru seriallara görə güllələdilər

28 Oktyabr 2014 14:50
Şimali Koreya rəhbərlərindən 50-yə yaxın şəxs bu il rüşvətə və Cənubi Koreyanın televiziya seriallarına baxdıqlarına görə güllələnib.

Trend xəbər verir ki, bu barədə RİA Novosti Penxan agentliyinə istinadən məlumat yayıb.

Yaponiyanın Koreya yarımadasının xəbərləri üzrə ixtisaslaşmış "WoW!Korea" informasiya portalı iddia edir ki, edam olunanlar ölkə rəhbərliyinə aid şəxslərdir və Cənubi Koreyanın televiziya seriallarına baxmaları və rüşvət almaları onlara həyatları bahasına başa gəlib.

Eyni zamanda, Qərb mətbuatı xəbər verir ki, edam birbaşa rəhbərliyi KXDR-də ötən ilin sonlarında edam olunmuş Şimali Koreya liderinin dayısı Çan Son Txekin tərəfdarlarından təmizləməklə əlaqədardır.

Ötən il dekabrın ortalarında xəbər verilmişdi ki, dövlətdə "ikinci adam" sayılan 67 yaşlı Çan Son Txek hakimiyyət çevrilişinə cəhd ittihamı ilə edam olunub.

Milli.Az