"Oyun şok təsiri bağışladı"

28 Oktyabr 2014 14:54

Dünən dramatik keçən oyunda "Kayseri Erciyesspor"a məğlub olan "Beşiktaş", buna baxmayaraq, turnir cədvəlində liderliyini sürdürür. Matçdan sonra İstanbul klubunun baş məşqçisi Slaven Biliç medianın suallarını cavablandırıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəsis qarşılaşmanın gözlənilməz sonluqla yekunlaşmasını qeyd edib:

"Oyun şok təsiri bağışladı. Komandam və mən çox məyus olmuşuq. 10 nəfər qalandan sonra hesabda önə keçdik. Amma üstünlüyü qoruya bilmədik. Səhvlərimiz qapımıza vurulan qollarla nəticələndi. Məğlubiyyətlə barışmaq çətindir. Lakin belə səhvlərdən nəticə çıxarmaq lazımdır. Azlıqda qalandan sonra özümüzü itirmədik. Rəqib meydana hücumçular buraxdı. "Erciyesspor" da yaxşı oynadı, amma son dəqiqələrdə etdiyimiz səhvlər bizə baha başa gəldi. Kameralar önündə təqsirkar oyunçuların adını çəkmək istəmirəm. Bu düzgün olmaz".
 

Biliç "Fənərbağça" derbisinə yaxşı hazırlaşıb qələbə qazanacaqlarını da sözlərinə əlavə edib.

Milli.Az