Ruslar ABŞ-ın hərbi sirlərini öyrəniblər

28 Oktyabr 2014 14:37
Rusiyalı hakerlər ABŞ firmasının hərbi sirlər haqqında məlumatlar olan kompüterlərinə hücum ediblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, adı çəkilməyən firmanın şəbəkəsində tanınmadan kompüterlərə daxil ola bilən mürəkkəb kibersilah aşkarlanıb.

Ekspertlər iddia edirlər ki, virus Moskvadakı rusdilli qurğularda proqramlaşdırılıb.
Qeyd edək ki, ABŞ Çin və Rusiyanı əsas kibertəhlükə mənbəyi kimi qəbul edir.

Milli.Az