Ebola Rusiyaya da çatdı
28 Oktyabr 2014 14:21
Afrika ölkəsindən gəlmiş və ali məktəblərdən birində təhsil alan tələbə Penzada təhlükəli virusa, çox güman ki, Ebola virusuna yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı İnterfaks-a vilayətin Səhiyyə Nazirliyinin mətbuat katibi Tatyana Manuxina bildirib.
Onun sözlərinə görə, hazırda nazirliyin mütəxəssisləri son dərəcə təhlükəli virusun şəhərə yayılması imkanlarının qarşısını almağa çalışırlar.
Tələbə Penza İxtisaslaşdırılmış Yardım Mərkəzinə yerləşdirilib. O, daimi müşahidə altındadır. Xəstənin xəstəxanaya yerləşdirilməsinə qədər mümkün təmasları barədə məlumat verilmir.
Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Leone, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.
Milli.Az