Bakının mərkəzində 4 qadın saçyolduya çıxdı

28 Oktyabr 2014 13:59
Oktyabrın 27-də Nəsimi rayonunun Bülbül prospektində şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini Nigar Zərgərlinin çantasını açıq talama yolu ilə almağa cəhd göstərib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin şəxslər paytaxt sakini Məhbubə Əliyevanı da döyüblər.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Rasimə Abdullayeva, Məleykə Bəkirova və Gəncə şəhər sakini Gülnarə Abbasova saxlanılıblar.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az