"Qarabağ"ı atıb Hollandiya klubuna gedir?

28 Oktyabr 2014 14:47

"Qarabağ"ın hollandiyalı idman direktoru Con van Loen Ağdam klubunu tərk edə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisə vətənindən təklif var.
  

Van Loeni Hollandiyanın "Breda" klubu baş məşqçi postuna gətirmək istəyir. Hazırda baş məşqçi səlahiyyətlərini Erik Hellemons icra etsə də, bu müvəqqətidir. Klub rəhbərliyi 10 turdan sonra 10 xalla XVI pillədə olan "Breda"nı bu çətin durumdan çıxarmaq üçün tezliklə çalışdırıcı məsələsini yoluna qoymaq istəyir.
 

"Anderlext" və "Ayaks" kimi klubların sabiq hücumçusu olmuş van Loenin bu post üçün rəqibləri isə Piter Huistra, Hans de KoninqRud Broddur. Ancaq Huistradan fərqli, de Koninqlə Brodun müvafiq olaraq Hollandiyanın I dəstə klubları - "Volendam" və "Neymegen"lə müqavilələri var.
  

Qeyd edək ki, Con van Loen AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, "Qarabağ"a idman direktoru təyin olunub. Onun AFFA ilə müqaviləsi qüvvədədir.

Milli.Az