FİFA prezidenti: "Bax, cəza belə olar!"

28 Oktyabr 2014 13:33

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFА) prezidenti Yozef Blatter komandaların cəzalandırılaraq oyunların tamaşaçısız keçirilməsinin əleyhinədir. Trend bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
 

Blatter deyib: "Mən oyunların tamaşaçısız keçirilməsinin əleyhinəyəm. Bu, düzgün cəza deyil. Lakin bu mövqedə mən hələlik təkəm. Вelə vəziyyətdə klubu cəzalandırmaq lazımdır. Pulla yox. Klubdan xallarını almaq lazımdır. Yaxud, məsələn, Çempionlar Liqasından - yarışlardan çıxarmaq lazımdır. Komandanı iki il Avropa Kubokundan çıxarmaq - bax, cəza belə olar".
 

O, həmçinin əlavə edib ki, futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda oyunu ləğv etmək olmaz.
 

Mütəxəssislərin bir çoxu bürünc mükafat uğrunda yarışın keçirilməsinin əleyhinədirlər. O cümlədən Braziliyada ötən mundialın bürünc mükafatçısı Niderland yığmasına rəhbərlik edən Lui van Qal bəyan edib ki, o, dünya çempionatlarında bürünc mükafat uğrunda yarışın keçirilməsinin əleyhinədir, çünki belə oyunlar idman nöqteyi-nəzərindən heç bir əhəmiyyətə malik deyillər.
 

Blatter bəyan edib: "Bu, ləğv edilməsi lazım olmayan bütöv bir hadisədir. Anlayıram ki, Mişel Platininin fikrincə, bu matçın əhəmiyyəti yoxdur. O iki dəfə bu oyunlarda oynayıb və məğlub olub. Üçüncü yer uğrunda matç dünya çempionatının bir hissəsidir".

Milli.Az