Blatter Rusiyanı dəstəklədi

28 Oktyabr 2014 13:19

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFА) futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsini dəstəkləyir və bu ölkənin hökumətinə etibar edir. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu FİFA prezidenti Yozef Blatter bəyan edib.
 

O deyib: "Rusiya dünyada ən böyük ölkədir. Вilirsiniz ki, Rusiya beynəlxalq KİV-in fokusundadır. Futbol Rusiyanı təkcə birləşdirə bilməz, o həm də bütün dünyaya istənilən etiraz hərəkatından daha güclü olduğunu göstərəcək".
 

Blatterin sözlərinə görə, boykot heç vaxt müsbət effekt verə bilməz: "FİFА futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsini sözsüz dəstəkləyir. Şimali Amerikadan məktub alanda yazırıq ki, bu, futboldur. Biz bu ölkəyə, onun hökumətinə etibar edirik. KİV bunda bizə kömək etməlidir. Baxın, eyni vəziyyət Soçi ərəfəsində də olmuşdu. Amma nə oyunlar zamanı, nə də ondan sonra bu oyunlara qarşı bir söz belə olmadı".

Milli.Az