Gənclər Siyasəti üzrə I Qlobal Forum iştirakçılarında Ebola virusu var?
28 Oktyabr 2014 13:07
Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumun iştirakçılarında Ebola virusu ilə bağlı heç bir problem yoxdur.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Nazir müavini qeyd edib ki, sadəcə olaraq, bəzi ölkələrdən iştirakçıların sayından çox nümayəndə gəlib ki, biz onları geri qaytarmışıq: "Hazırda nə qədər ölkədən iştirakçı dəvət etmişiksə, onlar burada iştirak edirlər. Yəni geri qaytarılanlar Ebola virusu ilə bağlı deyil. Ebola virusunun tüğyan etdiyi 3 ölkə forumda iştirak etmir".
İ.Babayev bildirib ki, forumda iştirak etmək üçün Sierra-Leone, Liberiya və Qvineyaya muraciət edilib, lakin onlar öz istəkləri ilə forumda istirak etmirlər. Amma bu ölkələrin nazirləri konfransa videomüraciətlə qoşulacaqlar. Səhiyyə Nazirliyinin nümayəndələri hava limanındadırlar və vəziyyətə nəzarət edirlər".
Milli.Az