Türkiyə ordusuna "vur" əmri verildi

28 Oktyabr 2014 13:29
Türkiyədə son günlər PKK terror təşkilatının aktivləşməsindən sonra ölkə ordusu onlara qarşı hərbi əməliyyatlar keçirmək üçün tam hazır vəziyyətə gətirilib.

Bunu Türkiyə baş nazirinin müavini Bülənt Arınc deyib.

Trend-in məlumatına görə, xəbəri "Milliyet" qəzeti yayıb.

Məlumata əsasən, hazırda PKK terror təşkilatı Şırnak vilayətində kömür mədəni üçün 400 kq partlayıcı maddə daşıyan yük maşınını ələ keçirib.

Məsələyə münasibət bildirən Arınc qeyd edib ki, Türkiyəyə məxsus hərbi helikopterlər avtomobilin yerini təsbit edən kimi onu məhv edəcəklər.

Müstəqil kürd dövlətinin yaradılmasını tələb edən PKK ilə Türkiyə arasında münaqişə 25 ildən artıqdır davam edir və 40 mindən artıq insanın həyatına son qoyub.

Milli.Az