Co Bayden Türkiyəyə səfər edəcək

28 Oktyabr 2014 13:44

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəyə səfər edəcək

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Anadolu agentliyi xəbər yayıb.

Səfər noyabrın 17-də baş tutacaq.

Baydenin Türkiyə prezidenti və baş naziri ilə görüşəcəyi gözlənilir.

Bir müddət əvvəl ABŞ-ın vitse-prezidenti Türkiyəni və bəzi ərəb ölkələrini Suriyada terrorçuları dəstəkləməkdə ittiham edib. Lakin sonradan o, Türkiyənin dövlət başçısından üzr istəyib.

Milli.Az