Əməkdar artist həmkarlarını biabır etdi: "Yalandan ərə gedirlər"

28 Oktyabr 2014 13:22
Əməkdar artist Elza Seyidcahan gəlininə olan sevgisindən bəhs edib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənni hər kəsə özününkü kimi gəlin arzulayıb:

"Gəlinimi çox sevirəm. Hamı arzulayır ki, Allah ona ağıllı bir gəlin qismət etsin. Mən bu istəyimə çatmışam. Mənə qulluq edən, gözəl gəlinim var. Allah bu sevgini çox görməsin".

Yaradıcılığından söz açan E.Seyidcahan toylardan asılı olmadığını deyib:

"Toylardan pul qazanıram, amma balans saxlayıram. Sənətimə də yer ayırıram. Toyum olmasa, acından ölmərəm. İndi müğənnilər özlərini başqa yollarla gündəmə gətirirlər. Yalandan ərə gedirlər. Tərbiyədən uzaqdırlar. Onlar arasında xalq artistləri, əməkdar artistlər də var. Bunlar gənc müğənnilərimizi uçuruma aparırlar. Gənclər onlara baxır, deyirlər, bunun yolu ilə getmək lazımdır".

Milli.Az