Davudoğlu Türkiyənin düşmənlərinin adlarını açıqladı
28 Oktyabr 2014 12:11
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin düşmənlərinin adlarını açıqlayıb
Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, Davudoğlu bildirib ki, Suriya hakimiyyəti, PKK və İŞİD terror təşkilatı Türkiyənin düşmənləridir və Türkiyə dövləti öz sərhədlərində onların varlığını görmək istəmir.
Son bir ayda Suriyanın Kobani şəhərində İŞİD yaraqlıları ilə PKK terror təşkilatının Suriya qanadı arasında baş verən toqquşmalara münasibət bildirən baş nazir qeyd edib ki, "Suriya böhranı həll edilmədən Kobaninin xilas edilməsi mənasızdır".
Davudoğlu hesab edir ki, Kobani hadisələri Suriya böhranının sadəcə bir hissəsidir.