La Liqada 2013/14 mövsümünün ən yaxşılarını seçmək üçün dünən baş tutmuş mərasimdə ən çox mükafat "Real Madrid" futbolçularına təqdim olunub. Mərasimdə ötən mövsüm La Liqanın ən yaxşı hücumçusu seçilən Kriştianu Ronaldu daha bir nominasiyada mükafatlandırılıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduzun "Valencia"nın qapısına vurduğu qol İspaniya Primerosunda 2013/14 mövsümünün qolu olub. 36-cı turda keçirilən görüş 2-2 hesablı bərabərliklə yekunlaşmışdı. Ronaldunun son saniyələrdə vurduğu qol komandasına 1 xal qazandırmışdı.
"Villareal"da çıxış edən Covanni Dos Santosun qolu 2-ci yerə layiq görülüb. Meksikalı forvardın "Valencia"nın qapısından keçirdiyi top Marselinyonun komandasına böyük hesablı qələbə gətirmişdi 4-1.
Lionel Messinin cərimə zərbəsindən vurduğu qol isə 3-cü yeri tutub. Argentinalı ulduzun "Almeria" qapısına vurduğu top qapıçı Esteban üçün əlçatmaz olmuşdu.
Milli.Az