Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünü dəyərləndirdi

28 Oktyabr 2014 11:50
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Parisdə keçirilən görüşünə münasibət bildirib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, amerikalı həmsədr öz "Twitter" səhifəsində yazıb: "Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri Paris görüşünün irəliyə doğru müsbət addım olması ilə razılaşırlar".

C.Uorlik Fransa prezidentinə bu görüşə görə minnətdarlığını bildirib.

Milli.Az