Harvardın professoru: "Anam gəncəlidir" - VİDEO
28 Oktyabr 2014 11:47
Milli.Az xəbər verir ki, "Amerikanın Səsi"nin "Amerikana" proqramının qonağı ABŞ-da yaşı 40-a çatmamış 40 ən yaxşı magistratura müəllimlərindən biri seçilmiş Zeynəb Tondur.
Uzun illər Harvard Universitetində çalışdıqdan sonra indi Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru olan Zeynəb xanım Emil Quliyevlə müsahibədə Azərbaycanla bağları və təmaslarından da danışıb.
-
Salam, hörmətli tamaşaçılar, Amerikana proqramının budəfəki qonağı 7 il Harvard Universitetində müəllimlik etdikdən sonra hazırda MIT-də dərs deyən, eləcə də araşdırmaçı kimi fəaliyyət göstərən Zeynəb Tondur. Zeynəb xanım, sizi xoş gördük. İlk öncə istərdik ki, Amerikaya gəlməyiniz haqqında izləyicilərimizə məlumat verəsiniz. Necə oldu ki, Amerikaya gəldiniz?
- Emil bəy, əvvəlcə müsahibə üçün evimə gəldiyinizə görə təşəkkür edirəm. Çox sağ olun!
Amerikaya 1992-ci ildə gəlmişəm. Mən çox kiçik yaşlarımdan - 12 yaşımda voleybol oynamağa başlamışam. Voleybolu Türkiyədə "Eczacıbaşı" klubunda ciddi bir şəkildə oynamışam. Ondan sonra 1992-ci ildə volleybol üzrə tələbə təqaüdü ilə Pensilvaniya Ştat Universitetinə gəldim. Orada sənaye mühəndisliyi oxudum. Həm universitet həyatını, həm də voleybol həyatını birlikdə gözəl davam etdirməyə çalışdım. Məzun olduqdan sonra isə doktorluq dərəcəmə yiyələnmək üçün Harvard Universitetinə getdim.
- Zeynəb xanım, bəs Harvard Universitetində başlamağınız necə oldu? Necə oldu ki, Harvarda gəldiniz?
- Əlbəttə ki, Harvard bütün dünyada çox tanınan və çox gözəl bir universitetdir. Mən də sənaye mühəndisliyindən sonra biznes sahəsinə keçmək istəyirdim. Harvard Biznes Fakültəsi də çox tanınan məktəbdir, çox tanınmış müəllimlərin olduğu bir yerdir. Ona görə də ilk seçimimdə Harvarda getdim. Oradan da təqaüd ala bildim və Harvard Universitetində tələbə olaraq gözəl 5 il keçirdim.
Gördüyüm işi həqiqətən çox sevirəm. Ona görə də hər halda tələbələrim o sevgimi hiss edə bilirlər. Gördüyüm işin gələcək liderlərə çox yararlı olacağını düşünürəm. Əminəm ki, bu da tələbələrimə pozitiv təsir göstərir. Həm işimi çox sevməyim, həm çox çalışmaq, həm də ətrafımdan, sevdiklərimdən aldığım dəstək bu uğurlara çatmağıma çox kömək olub.
- Siz həm də Amerikada yaşı 40-dan aşağı olan ən yaxşı 40 magistratura müəllimindən biri seçilmisiniz. Bu barədə izləyicilərimizə məlumat verməyinizi istərdik və bu uğura necə nail olmusunuz?
- Mən 40 yaşına çatmamış ən yaxşı 40 professordan biri seçilən zaman Harvard Universitetində çalışırdım. Bir neçə dərs tədris edirdim və araşdırma aparırdım. Gördüyüm işi həqiqətən çox sevirəm. Ona görə də hər halda tələbələrim o sevgimi hiss edə bilirlər. Gördüyüm işin gələcək liderlərə çox yararlı olacağını düşünürəm. Əminəm ki, bu da tələbələrimə pozitiv təsir göstərir. Həm işimi çox sevməyim, həm çox çalışmaq, həm də ətrafımdan, sevdiklərimdən aldığım dəstək bu uğurlara çatmağıma çox kömək olub.
- Zeynəb xanım, siz həm də "The Good Jobs Strategy", yəni "Yaxşı iş strategiyası" kitabının müəllifisiniz. Kitab haqqında danışmağınızı istərdik. Bu kitabda öz uğurunuza istinad varmı?
- "Yaxşı iş strategiyası" kitabı mənim 10 illik araşdırmamı bir araya gətirən kitabdır. Xüsusilə mağaza şəbəkəsi kimi yerlərdə şirkətlərin işçilərinə yaxşı münasibət göstərib, onlara yaxşı əməkhaqqı verib, yaxşı iş şəraiti yaradaraq necə yaxşı gəlir qazana biləcəklərindən bəhs edilir. Bu kitab mənimlə bağlı deyil, amma mənim araşdırmamla bağlıdır. Mən kitabı yazarkən bir çox araşdırma apardım, yüzlərlə insanla danışdım. Hamısını bir araya gətirib təqdim etməyə çalışdım.
- Bəs, müəllimliyiniz əsasən hansı sahədədir? Əvvəl Harvard Universitetində, hazırda da MIT-də dərs keçirsiniz. Hansı sahə üzrə müəlliməlik edirsiniz?
- Təkrar deyim, mən işimi çox sevirəm. Amma indi ən çox gördüyüm iş şirkətləri dəyişdirə bilməkdir. Sadəcə Amerika deyil, dünyanın bir çox yerində şirkətlərin çoxu əməkdaşına yaxşı iş şəraiti yarada bilmir. Mən öz araşdırmamı şirkətlərə təqdim edib, onlara öyrətmək istəyirəm ki, işçilərinə yaxşı şərait yaratmaqla necə daha yaxşı gəlir əldə edə bilərlər. Ona görə də məqsədim şirkətlərə yardımçı olmaqdır.
- Zeynəb xanım, Azərbaycan izləyiciləri üçün ən maraqlı olan suallardan birini vermək istəyirəm. Bildiyimiz qədər, sizin Azərbaycanla bağlarınız var. Bu bağlar, təmaslar haqqında danışmağınızı istərdik.
- Əlbəttə, mənim anam 1918-1920-ci illərdə Gəncədən Türkiyəyə köçmüş bir ailənin nəvəsidir. Türkiyəyə gəldikdən sonra da anamın ailəsi soyadlarını Azərbaycandan bir bölgə olaraq Əsgəran seçiblər. Anamın anasının tərəfi, xüsusilə də Səttar babam, anamın babası Azərbaycan sənətini, mədəniyyətini Türkiyədə çox yaşatmağa və yaymağa çalışan bir insan olub. Teatr əsərlərini, operaları Qarsda uzun müddət nümayiş etdirib. Babam, onun həyat yoldaşı, mənim öz nənəm. Bundan başqa, Azərbaycan müstəqilliyini elan etdikdən sonra anam, babam, xalam, dayım - hamısı Azərbaycana getdilər. Oradakı qohumlarımızla görüşdülər. Buradan da, icazə versəniz, xüsusilə bir neçə nəfərə salam göndərmək istəyirəm. Biri Akif Rəfibəyli və həyat yoldaşı Esmayə xanımdır. Onlar orada bizim ailəmizə nənəlik, babalıq etdilər, qapılarını bizə açdılar. Digəri də Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bəy, həyat yoldaşı, bacılarıdır. Onlar da bizə çox yaxınlıq göstəriblər. Mən indiyədək Azərbaycanda olmamışam. Ancaq bir gün oraya getməyi çox istəyirəm. Nənə-baba torpaqlarımı görməyi çox istəyirəm.
Nənəm Azərbaycan Kültür Dərnəyinə, Qars İdman Klubuna rəhbərlik edib, bələdiyyə sədrliyinə namizəd olub. Qarsda çox önəmli bir insan idi və ətrafındakı insanlara çox böyük yardımlar göstərib. Mən də öz karyeramda irəliləyərkən eyni şəkildə ətrafımdakılara kömək etmək istəyirəm.
- Sizin uğurlarınızda böyüklərinizin, valideynlərinizin nə kimi xidmətləri olub?
- Mən balaca olanda həmişə nənəmi izləyərək böyümüşəm. Nənəm Azərbaycan Kültür Dərnəyinə, Qars İdman Klubuna rəhbərlik edib, bələdiyyə sədrliyinə namizəd olub. Qarsda çox önəmli bir insan idi və ətrafındakı insanlara çox böyük yardımlar göstərib. Mən də öz karyeramda irəliləyərkən eyni şəkildə ətrafımdakılara kömək etmək istəyirəm. Fikrimcə mənim ən yaxşı edə biləcəyim kömək böyük şirkətlərə işçilərinə yaxşı iş vermələrini öyrədə bilməkdir. Bu üsulla da yüzlərlə, minlərlə və bəlkə də milyonlara insana daha yaxşı iş şəraiti yarada bilməkdir. Bu şəkildə mən də ətrafımda gördüklərimi eyni şəkidlə geri vermək istəyirəm.
- Sonda istərdik ki, gələcək planlarınızdan danışasınız.
- Gələcəkdə araşdırmamı davam etdirmək, müəllimliyə davam etmək istəyirəm. Amma mənim 4 azyaşlı övladım var. Ən böyük planım onlara ən yaxşı şəkildə analıq etmək və onları çox gözəl böyüdüb yetişdirməkdir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.