Evin qarşısında pəri göründü - VİDEO - FOTO

28 Oktyabr 2014 11:53

Britaniyada yaşayan 37 yaşlı bəstəkar xanımın dediyinə görə, təsadüfən pəri görüb.
 

Milli.Az The Mirror-a istinadən bildirir ki, 37 yşalı Lüsiya Kordaronun dediyinə görə, evinin giriş qapısının yuxarısına bərkidilmiş müşahidə videokamerasının yaddaşındakı görünütülərə baxanda heyrətlənib.
 

"Küçədə bərk səs-küy vardı. Nə baş verdiyini anlamaq üçün kameraya baxdım. Gecə saat 11 idi. Küçədə, evimin qarşısında sanki kimsə motosikli işə salmaq istəyirdi. Sonra elə bil xuliqan pəncərəyə daş atdı. Noutbuku götürüb kameranın çəkdiyinə baxmağa başladım. Xuliqanın görüntülərinin əks olunduğuna şübhə etmirdim.
 

Amma görüntülər məni şoka saldı. Evimin qarşısında "Tinker Bell" pərisinə bənzəyən məxluq vardı. Çox kiçikdi, pəri idi", - Lüsiya Kardaro deyib.

Onun dediyinə görə, videonu 4 yaşlı oğluna göstərəndə o da görüntüdə Santa-Klausun pərisi "Tinker Bell"in oldğunu söyləyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.