Hamilə qadın timsahlarla döyüşür - FOTO

28 Oktyabr 2014 14:03

ABŞ-ın Florida ştatının sakini olan qadın hamiləliyinə rəğmən, ölümcül təhlükəli işindən əl çəkmək niyyətində deyil.
 

Milli.Az ABC News-a istinadən bildirir ki, hamiləliyin 8-ci ayında olan Marta Rivera "kroko-restlinq"lə, yəni arenada timsahlarla döyüşlə məşğuldur.

8 yaşlı oğul anası olan Marta əri Ceffri ilə birlikdə artıq 2 ildir ki, Floridanın cənubundakı Everqleyds Milli Parkında çalışırlar.
 

Onlar həddən artıq sürətli reaksiya, təmkin və cəsarət tələb edən "kroko-restlinq"lə məşğul olurlar. Marta da hamiləliyinə rəğmən, həftədə 3 dəfə arenaya çıxır.
 

"Timsahın belində oturub onun başını sinəmlə çənəm arasında sıxanda özümü rahat, təhlükəsiz hiss edirəm. Keçməyəcəyim hədləri bilirəm. Timsahlara bələdəm, onların nə zaman nə edəcəklərini təxminləyirəm. İnanın, özümə və heyvana təhlükə yaratmaram", - Marta deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.