Pomada, lak, rəqs: yaşyarımlıq qız gözəllik müsabiqəsində - VİDEO - FOTO

28 Oktyabr 2014 12:51

5 ay əvvəl yeriməyə başlamış yaşyarımlıq qız sosial şəbəkələrin yeni qəhrəmanıdır. O, amerikalı müğənni Beyonsun "Single ladies" mahnısının sədaları altında səhnədə rəqs edir, sonra da "Gözəllik kraliçası" tituluna yiyələnmək üçün tamaşaçılara öpüşlər yollayır.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yaşyarımlıq Bobbi Baydenin gözəllik müsabiqəsindəki davranışlarının əks olunduğu video sürətlə yayılır.

Bobbinin anası, 32 yaşlı Stefani Baydenin dediyinə görə, qızının gözəllik müsabiqələrində iştirakı ilə bağlı artıq 8 min dollara yaxın xərc çəkib.
 

"Qızımın müsabiqələrə hazırlaşdırılması və iştirakı ilə bağlı xərclər məni qorxutmur. Üç aydır çalışırıq və bundan sonra da zəhmət çəkəcəyik, - Stefani söyləyib. - Bəziləri bütün yanlış olduğunu söyləsələr də, Bobbi üçün çalışıram. Bobbi indi makiyaj vurmur. Yalnız pomada və dırnaq lakından istifadə edirik. Makiyaj isə Bobbinin 5 yaşı tamam olanda vurulacaq".
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.