Sevda Ələkbərzadə: "Həyat yoldaşım hər dəfə məndən onu istəyir"

28 Oktyabr 2014 12:39
Milli.Az gecce.az-a istinadən Sevda Ələkbərzadənin müsahibəsini sizə təqdim edir.

- Həyat yoldaşınız necə biridir?

- Çox ziyalı bir ailədəndir. Bir-birimizi çox gözəl başa düşürük. Həyat yoldaşım məni olduğum kimi qəbul edir. Mənim səsimi, musiqimi çox sevir. Əgər düşüncələrimiz fərqli olsaydı, necə bir-bririmizi sevə bilərdik? Mən hər kəsi sevə bilmərəm. O hiss məndə yarandısa, deməli, ruhən də bir-birimizə yaxınıq.

- Necə tanış oldunuz?

- Bizi Yeni ildə dostlarımız tanış etmişdilər. Amma öyrəndiyimə görə, illər öncə musiqimi dinləyib. Yəni varlığımdan xəbəri vardı. Düzdür, fanatım olmayıb, amma dinləyib. İllər sonra görüşdük. Görüşən kimi də bir-birimizi çox bəyəndik.

- O an ilk addımı kim atdı?

- Biz hisslərimizi dərhal bəlli etdik. Bunu dostlarımız da gördülər. Çox romantik bir münasibətimiz vardı.

- Bəs necə görüşürdünüz? Siz ayrı, o ayrı ölkədə yaşayırdınız?

- Səfərlərim olandan-olana görüşə bilirdik. Heç vaxt Bakıda görüşümüz baş tutmayıb. Kamiyarın Bakıya ilk səfəri elə toyumuz zamanı olub.

- Hansı qadağalar qoymusunuz?

- Mən şərt qoyum, ya o qoysun - heç ehtiyac yoxdur. O, retro avtomobillərin həvəskarıdır. Ona deyə bilmərəm ki, bu işlə məşğul olma. Xobbisidirsə, etsin. O da həmçinin. Onun mənə sevgisi, münasibəti, sənətimi sevməsi artıq bir dəstəkdir.

- Ən çox sizin ifanızda hansı mahnını sevir?

- "Elə demə, zalım yar" mahnısını çox bəyənir. Hər dəfə məndən o ifanı istəyir.

Milli.Az