Kişi huşunu küçədə, canını xəstəxanada itirdi
28 Oktyabr 2014 11:14
Bakının Xətai rayonu ərazisində huşsuz vəziyyətdə tapılan kişiyə həkimlər də kömək edə bilmədilər. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, ötən gün orta yaşlarında olan şəxs ağır vəziyyətdə küçədə qalmışdı.
Onu xəstəxanaya çatdırsalar da, ötən gecə ölüb. Həmin şəxsin tufeyli həyat tərzi keçirdiyi bildirilir. Hazırda Xətai RPİ-nin 34-cü polis bölməsində araşdırma aparılır.
Gülər
Milli.Az