Toy edənlərin haqqını yeyən hansı restoranlardır? - SİYAHI
28 Oktyabr 2014 11:11
Paytaxtda toy edənləri sevindirən ailə həyatı qurmalarıdırsa, onları əsəbləşdirən cəhətlər də var. Şadlıq evlərində hər addımda adamı aldatmaq istəyən administrasiya işçilərinə, yəqin ki, hər biriniz rast gəlmisiniz. Restoran administratorlarının müştərilərə "əfəl" gözü ilə baxması insanlarda ikrah hissi yaradır. İş o həddə çatıb ki, artıq ölkədə şadlıq evlərinin boykot edilməsi ilə bağlı kampaniya başlayıb.
İnsanları boykota çağıranların fikrincə, şadlıq evlərinin qurduqları sistem sayəsində toy sahibi yığılan pulun böyük əksəriyyətini restorana verir. Toy sahibinin özünə isə qəpik-quruş qalır. Bu da azmış kimi, həmin şəxs toyuna gəlib pul yazdıran qonaqlar qarşısında borclu qalır. Və özünə çatmayan pula görə, hər dəfə toya çağırılanda mütləq gedib iştirak etməli və borcunu ödəməli olur.
Şadlıq evlərinin əksəriyyəti də ödənilən pulun müqabilində müştərilərin haqqı olan məhsulları mənimsəməklə insanlarda qıcıq yaradır. Bakı sakinlərinin əsas narazılıqları da bununladır. Məclis bitdikdən sonra toy sahibi qalan içkiləri və ərzaqları götürmək istəyir. Bütün ərzaqların pulunu ödədiyi üçün onun qanuni haqqıdır. Lakin şadlıq evi buna icazə vermir. Restoran administratoru bildirir ki, ağzı açılan içkiləri müştəri götürə bilər. Qalanları isə restoranındır. Halbuki müştəri bütün içkilərin pulunu artıqlaması ilə ödəyir.
Milli.Az xəbər verir ki, Day.Az saytı belə xoşagəlməz halların hansı restoranlarda olduğunu araşdırıb. Ortaya böyük bir siyahı çıxıb. Sən demə, paytaxtın əksər məşhur restoranları müştərilərin haqqını yeməklə məşğuldur:
"Su Sonası" - restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.
"Neolit" - ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.
"Sərin" - restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.
"Gilavar" - ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.
"İmperator" - restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.
"Meridian" - restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.
"Ay İşığı" - restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.
"Altun" - restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.
"Əfsanə" - ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.
"Madonna" - ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.
"Elit" - Müştəri istəyərsə, içkiləri də, qidaları da götürə bilər.
"Flamingo" - restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.
"Millenium" - Müştəri istəyərsə, içkiləri də, qidaları da götürə bilər.
"Sonalar Sonası" - ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.
"Yeganə" - ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.
"Monte Kristo" - restoran administrasiyasının icazəsi olmadan yemək və içkilər götürülə bilməz.
"Gızıl Tac" - ərzaqları müştəri istəyərsə, götürə bilər. İçkilərin verilməsinə isə yalnız restoran rəhbərliyi qərar verir.
"Mübarək" - Müştəri istəyərsə, içkiləri də, qidaları da götürə bilər.
Milli.Az