Kamil: "Gedib hansısa xanımla yaşadığını..."

28 Oktyabr 2014 10:34
Məşhur müğənninin həyat yoldaşı xəyanətdən danışdı
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, müğənni Gülay Zeynallının həyat yoldaşı Kamil "İncə Maraqlar" verilişində ailədə kişinin xanımına etdiyi xəyanətindən danışıb.
 
"İndiki zəmanədə kişilərin 99 faizi xanımına xəyanət edir. Bu bir faktdır. Kişilərin çox hissəsi şorgözdür. Lakin onu deyə bilərəm ki, kişi nə edir-etsin, gecə öz evinə gəlir. Halal xanımının yanında olur. Xəyanətin baxımsızlıqla əlaqəsi yoxdur.

Bu, şorgözlükdən irəli gəlir. Amma intim həyatını başqasına danışan kişiləri sevmirəm. Gedib hansısa xanımla yaşadığını dostuna danışmağın doğru deyil".

Milli.Az