Avşar qızı cinsiyyətini dəyişmiş aktrisa ilə bir filmdə rol alacaq
Hülya Avşar oynayacağı yeni filmlə maqazin dünyasında böyük səs-küyə səbəb olacaq.
Anspress-in məlumatına görə, bir müddət əvvəl Antalyada keçirilən 51-ci "Altın Portakal" film festivalında "ən yaxşı film" nominasiyası daxil olmaqla, 6 mükafat qazanan rejissor Qutluğ Ataman yeni erotik film çəkmək qərarına gəlib. O, yeni filmini "heç bitməyən bir eşq hekayəsi, erotik bir nağıl" olaraq xarakterizə edib.
"Oryantalya" adlı yeni filmdə baş rollarda isə tanınmış aktrisa Hülya Avşar və cinsiyyətini dəyişdirməklə gündəmə gələn Rüzgar (Nil) Erkoçlar oynayacaqlar.