""Qarabağ"dan güclüyük"

28 Oktyabr 2014 09:52

"Dnepr"in futbolçusu Nikola Kaliniç Ukrayna Kubokunun 1/8 final mərhələsinin "Volın"la cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Milli.Az qol.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Nikola, necə alındı ki, qol vuran zaman topu yuxarı küncə göndərdiniz?

- Ümumiyyətlə, qapını dəqiq nişan almağa çalışdım, ancaq top yuxarı küncə getdi.

- Meydana sonradan daxil oldunuz və fərqləndiniz. Daha əvvəl ilk dəqiqələrdən oynayaraq da qol vururdunuz. Burada sənin üçün hər hansı bir fərq varmı?

- Bilmirəm, meydana nə vaxt çıxmağımdan asılı olmayaraq, hər zaman daha yaxşı oynamağa çalışıram. Lakin start heyətdən mübarizə aparmaq daha gözəldir.

- "Volın"nın belə az müqavimət göstərəcəyini gözləyirdin?

- Biz Lutskda 0:1 hesabı ilə məğlub olduq. Ancaq orada kifayət qədər qol imkanlarımız olmuşdu. Bu gün daha yaxşı oynayıb, 4 qol vurduq.
 

- Qarşıda "Dinamo", "Şaxtyor" və "Qarabağ"la oyunlarınız var. Hansı daha ağır olacaq?

- Bu görüşlərin hamısı vacibdir. Bu mənada hər bir oyun ağır olacaq.
 

- Bu, komanda üçündür. Bəs şəxsən sənin üçün necə?

- Bilmirəm... Yəqin ki, "Dinamo" ilə oyun.
 

- Bir neçə gün öncə "Qarabağ"la ev oyunu uğursuz alındı. Necə fikirləşirsiniz: Səfərdə vəziyyəti düzəltməyə gücünüz çatacaq?

- Fikrimcə, biz "Qarabağ"dan daha güclüyük. Hərçənd, onlar da yaxşı komandadır. Heyətlərində braziliyalılar və Makedoniya yığmasının futbolçusu (Muarem Muarem - red.) da var.
 

- Bəs Bakıdakı oyun son şans olacaq?

- Bəli. Qələbə qazanmaq lazımdır.
 

- Səncə, nəyə görə "Dnepr" evdə və səfərdə fərqli oyun nümayiş etdirir?

- Burada biz öz azarkeşlərimiz qarşısında çıxış edirik. Məncə, "İnter" və "Qarabağ"a qarşı da burada oynasaydıq, stadion dolu olardı.

Milli.Az