Bakıda gecə əməliyyatı

28 Oktyabr 2014 09:27
Bakının Binəqədi rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilə eyvandan daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 01:26-da başa çatıb.

Milli.Az