Ümumi yaralı sayının 30-dan artıq olduğu açıqlanıb
Dominikan Respublikasında bir nəfər metroya "Molotov kokteyli" atıb.
Anspress-in məlumatına görə, Karib hövzəsi ölkələrindən olan Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda metro vaqonunda qorxu dolu anlar yaşanıb.
Hadisə şahidləri bildirirlər ki, təxminən 20 yaşında olan bir gənc çantasından çıxardığı "Molotov kokteyli"ni vaqona atıb. Nəticədə metro vaqonunda yanğın meydana gəlib və 2-si ağır olmaqla, 11 nəfər yaralanıb.
Hadisəni "terror hücumu" kimi qiymətləndirən səlahiyyətli şəxslər hələ ki, gənc oğlanın yaxalanmadığını bildiriblər.
Dominikandakı Qırmızı Xaç Komitəsi üzvü Serxio Varqas ümumi yaralı sayının 30-dan artıq olduğunu açıqlayıb.