Beyons paylaşanda olur, biz paylaşanda yox? - FOTO

28 Oktyabr 2014 09:38

Gülbən Ergen hesab edir ki, Beyonsun Quran ayəsi paylaşması çox şişirdilib

Türkiyənin tanınmış müğənnisi Gülben Ergen Beyonsun şəxsi tvitter səhifəsində Qurani-Kərimdən "Şərh" surəsinin 2 ayəsini paylaşmasına münasibət bildirib.

Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Gülbən Ergen hesab edir ki, Beyonsun Quran ayəsi paylaşması çox şişirdilib.

"Beyons qoyanda olur, biz qoysaq linc (hücum)".

Bu tvitdən sonra müğənni həqiqətən virtual hücuma məruz qalıb. Tvitter istifadəçilərindən biri Ergeni səmimi olmamaqda ittiham edib, başqa bir istifadəçi isə müğənnini özünü gözə soxmamağa çağırıb.

"Aman, sən də öz-özünü şişirtdin. Bəsdir özünü gözə soxdun".

Xatırladaq ki, Beyons tvitter səhifəsində "Şərh" surəsinin 5-ci və 6-cı ayələrinin ərəbcə mətnini paylaşmışdı. Həmin ayələrdə, "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!" yazılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.