Ayrı-ayrı qidalara olan hədsiz iştah nədən xəbər verir? - FOTO

28 Oktyabr 2014 09:42
İnsanların ayrı-ayrı qida məhsullarına tələbatının, xüsusi iştahının olmasının tez-tez şahidi oluruq. Belə tələbat nədən xəbər verir? Orqanizm bu tələbatla sahibinə hansı xəbərdarlığı edir? Milli.Az modern.az-a istinadən bu suallara cavabları təqdim edir.

Alma



İnsanın bu meyvəyə qarşı hədsiz tələbatı xolesterinin miqdarının yüksəlməsindən, ürəklə bağlı yaranacaq problemlərin başlanğıcından xəbər verir.

Limon



Limona qarşı hədsiz istək öd kisəsi və qaraciyərin mümkün problemlərinə işarədir.

Kələm



Əgər insanın könlündən tez-tez kələm yemək keçirsə, demək, bağırsaqların fəaliyyətində hər şey qaydasında deyil.

Zeytun



Süfrəsini zeytunsuz təsəvvür edə bilməyən insanlar qalxanvari vəzin vəziyyətinə diqqət yetirməlidirlər.

Dondurma



Kiminsə iştahından ilin fəsillərindən asılı olmayaraq hər zaman dondurma keçirsə, mütləq dayaq-hərəkət sisteminin vəziyyəti ilə maraqlanmalıdır.

İstiot



Xörəyin dadına baxmadan belə ona istiot əlavə edən insanların orqanizmində iltihabi proseslərin inkişaf etməsi və tonus zəifliyi mümkündür.

Şokolad



Şirniyyata həvəs, xüsusilə şokolada yüksək tələbat sinir sisteminin gərginliyindən xəbər verir.

Bu qida məhsullarına olan həvəs və tələbat heç bir xəstəliyin əlaməti olmaya da bilər. Amma hər halda orqanizmin verdiyi siqnala reaksiya verməklə şübhələrdən çıxaraq iştahımızı daha sağlam etmək olar.

Milli.Az