Savaş qurbanlarına lalə xatirəsi - FOTO

28 Oktyabr 2014 11:07

Londondakı Tauer qəsrinin ətrafında çini lalələrdən ibarət çəmənlik yaranıb.
 

Bu aksiya Birinci Dünya Müharibəsində həlak olmuş Britaniya, Kanada, Yeni Zelandiya, Avstraliya və ümumiyyətlə, Britaniya Birliyinə daxil olan ölkələrin vətəndaşlarının xatirəsinə həsr olunub.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, iyulda başlanmış aksiyaya 8 mindən artıq könüllü qatılmışdı. Son lalə noyabrın 11-də "çəmənliyə" əlavə olunacaq.
 

Məşhur dizayner Pol Kamminsin hazırladığı çini lalələrin hər biri 25 funt-sterlinqdən satılıb. İndiyədək Tauer qəsrinin ətrafında 888256 lalə "əkilib". Lalələrin satışından əldə olunan 11,2 milyon funt-sterlinq xeyriyyə fondlarının hesablarına keçirilib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.