Dünya belə manyak görməmişdi: 26 qızı qazıb çıxardı, sonra... - FOTO

28 Oktyabr 2014 09:49

Rusiyanın Nijni Novqorod şəhərinin Lenin rayon məhkəməsi nekropolist Anatoli Moskvinin şəhər ruhi xəstəxanasında bundan sonra da saxlanmasına qərar verilib. Moskvin artıq 20 aydır ki, ruhi xəstəxanada müalicə olunur.
 

Milli.Az European-a istinadən bildirir ki, məşhur diyarşünas və poliqlot, 47 yaşlı Anatoli Moskvin məzarlardan ölüləri qazıb çıxardığına görə həbs olunmuşdu. 2011-ci ilin yanvarında onun mənzilində mumiyalaşdırılmış 26 qız cəsədi tapılmışdı.

Moskvin Nijni Novqorod ilə yanaşı, Moskva şəhəri və Moskva vilayətində qəbristanlıqları dolaşır, 3-12 yaşlı qızların məzarlarını qazır, sonra da cəsədləri aparır, evdə onları mumiyalaşdırırdı.
 

Psixoloji və psixiatrik ekspertizalar Moskvində paranoidal şizofreniya aşkarlamışdı.

O, qəbristanlıqlardakı məzarlardan qazıb çıxardığı qız cəsədlərini mumiyalaşdırır, onların əyinlərinə paltar geyindirir və bu cəsədləri öz qızı kimi təsəvvür edirdi.
 

Məhz bu səbəbdən də media rusiyalı manyakı "kuklaçı" adlandırmışdı.

2013-cü ildə məhkəmə A.Moskvini fasiləsiz psixiatrik müalicəyə məhkum edib. O vaxtdan bəri hər yarım ildən bir məhkəmə həkimlərin baxış diaqnozu əsasında qərarını yeniləyir.
 

Manyakın məzardan qazıb çıxardığı və evinə apararaq mumiyaladığı cəsədlər arasında 10 yaşlı Olqa Çardimova da vardı.

Olqa torpağa veriləndən 2 həftə sonra onun qəbri dağıdılmışdı.
 

Qızın anası Natalyanın dediyinə görə, onlar dəhşətə gəlmişdilər.

"Cinayətkarın axtarılmasını, tapılmasını tələb edirdik. Axtarışlar illərlə davam etdi. Amma sonda biləndə ki, qızımı bu manyak məzardan çıxarıb və mumiyalaşdıraraq evində kukla kimi saxlayır - dəli olmaq səviyyəsinə çatmışdım", - Natalya Çardimova deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.