Məşhur model nişanlısı ilə barışdı - FOTO

28 Oktyabr 2014 13:13

Realiti-şou ulduzu, "Qladiator" kimi tanınan Devid Makintoş məşhur model Kelli Brukla münasibətlərini bərpa etdiyini deyib.

O, modellə aralarındakı anlaşılmazlıqların aradan qalxdığını vurğulayıb.
 

Dünən isə Devid Makintoş Londondakı Hitrou hava limanından şəhərə sərnişin daşıyan "Heathrow Express" elektrik qatarının yarıtmaz işindən şikayətlənib.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, Devid Makintoş Twitter-dəki profilində yazıb: "Hitrou ekspressi, sən bizi ələ salırsan?! Londona 15 dəqiqəyə çatdığın deyilsə də, 35 dəqiqə yolda oldum. 50 stansiyada gözləmək nə deməkdir?!"
 

"Heathrow Express" isə yaydığı açıqlamada deyilənlərin yalan olduğunu, Devid Makintoşun səhvən başqa qatara oturduğunun istisna edilmədiyini vurğulayıb.
 

Londona çatandan sona Devid Makintoş trenajor zalına yollanıb.
 

Dünən Devid Makintoş və onun barışdığı nişanlısı Kelli Bruk Londondakı "Chiltern" restoranına yollanıblar.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.