Britaniyanın ən məşhur müğənni və bəstəkarlarından biri Robbi Uilyamsın ikinci övladı dünyaya gəlib.
40 yaşlı Uilyams xanımı Ayda Fildin olduğu hospitala yollanıb və doğuş zamanı Fildin yanında olub.
Milli.Az TMZ-yə istinadən bildirir ki, R.Uilyams hospitalın doğuş bölməsindəki palatada videolar çəkərək YouTube-dakı akkauntuna yükləyib.
"14 saatlıq macəramı videoya çəkdim. İkinci oğlumun doğulması möcüzə, ecazkar hadisə idi. Xanımımla fəxr edirəm. Onu həmişə sevmişəm. Amma indi lap çox sevirəm", - Robbi Uilyams deyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.