"WhatsApp"dan yeni kampaniya

27 Oktyabr 2014 23:24
Bu kampaniya qadınlara şamil edilir
Qadınlar arasında döş xərçənginə qarşı başlanan kampaniya bu dəfə fərqli şəkildə keçiriləcək.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, xəstəliyə qarşı diqqətli olmaq üçün 2012-ci ildə "Facebook" və "Tvitter"də keçirilən meyvəli kampaniya bu dəfə "WhatsApp" vasitəsi ilə ediləcək.

Qadınlar "WhatsApp"da vəziyyətlərinə uyğun meyvə adları və ya şəkillərini qoyacaq.

Kampaniyada

Ananas: Subay,
Moruq: Qərarsız,
Alma: Dul,
Albalı: Tanışı var
Banan: Evli
Avokado: tərəf müqabilim var,
Çiyələk: özünə uyğun doğru seçimi edə bilmir,
Limon: subay olmaq istəyir,
Üzüm: istənilən biri ilə evlənmək istəyir anlamı verəcək.

Milli.Az