"Onlar geri qaytarılacaq"

27 Oktyabr 2014 20:57

Şahbazın qardaşı girovlarımızın tezliklə azad olunacağına inanır

"Şahbazla Dilqəmin məhkəmə binasına gətirilməsi videosuna baxmamışam. Çünki evdə deyildim. Ailəm isə baxıb. Şəxsən mən Şahbazla Dilqəmin tezliklə geri qayıdacağına inanıram".

Bu sözləri anspressŞahbaz Quliyevin qardaşı Manaf Quliyev deyib.

Qardaşının və Dilqəm Əsgərovun vəziyyətindən, sağlığından narahat olduğunu deyən M.Quliyev girovlarımızın tezliklə qayıdacağına inandığını dedi: "Biz Prezident İlham Əliyevə arxayınıq. Gümanım bu gün prezidentlərin görüşünədi. Onlar geri qaytarılacaq. Prezidentimiz də demişdi ki, onlar öz torpağında girov götürülüblər. Şahbazla Dilqəmin azad olunmasını gözləyirik".

Qeyd edək ki, Kəlbəcərdə doğmalarının qəbrini ziyarət edən zaman erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərov Xankəndidə "məhkəmə prosesi" başlayıb.

Azərbaycanlı girovlar məhkəmənin keçirildiyi zala gözübağlı gətiriliblər. Fotolardan girovlarımızın həddindən çox arıqladıqları da diqqətdən yayınmayıb.

Azərbaycanlı girovlar qondarma "Dağlıq Qarabağ Respublikası"nın "qanun"larına görə ittiham olunacaqlar.

Milli.Az