FIFA Nigeriyanı uzaqlaşdıra bilər

27 Oktyabr 2014 20:25
FIFA gələn ilin mayınadək Nigeriya Futbol Federasiyasının (NFF) üzvlüyünü dayandıra bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, FIFA NFF prezidenti seçkilərini tanıyıb.

FIFA daha öncə Amayya Pinnikin qalib olduğu NFF prezidenti seçkilərini tanımışdı, lakin ötən cümə axşamı Cos şəhərinin Ali Məhkəməsi seçkiləri qanuni hesab etməmişdi.
 

Bu il FIFA NFF-nin üzvlüyünü iki dəfə dayandırmışdı. Bununla əlaqədar olaraq, ölkə hökuməti NFF-nin işinə növbəti dəfə müdaxilə edərsə, Federasiya 2015-ci ilin mayınadək cəzalandırıla bilər. Bu halda Nigeriya yığması 2015-ci il Afrika Millətlər Kubokunda iştirak edə bilməyəcək.

Milli.Az