İtaliyanın Roşinyo şəhərinin meri bütün sakinləri ofisinə səhər yeməyinə dəvət edib
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, mer Pino Palmieri bütün şəhər sakinlərinə meriyada səhər yeməyi üçün rəsmi dəvət göndərib.
Mer bəyan edib ki, sakinləri hər səhər bələdiyyə binasında qarşılayacaq: "Mən kofe masası arxasında onların şəhərimizdə həyat şəraitinin yaxşılaşdırılması üzrə ideyalarına qulaq asacağam".
O əlavə edib ki, hər səhər yeməyinə görə hesabı öz cibindən ödəyəcək. 800 nəfərdən ibarət şəhər əhalisi istədikləri yemək və içkini seçə biləcəklər.