Ödənişləri gecikdirən sığorta şirkətlərinə BƏD XƏBƏR
27 Oktyabr 2014 18:58
Azərbaycanda sığorta şirkətləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişləri gecikdirdikdə dəbbə pulu ödəyəcəklər.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları"na dəyişikliklərdə nəzərdə tutulur.
Dəyişikliklərə uyğun olaraq, sığorta şirkətləri sadalanan sığorta növləri üzrə ödənişləri müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyəcəklər.
Milli.Az