Həbs edilmiş meyxanaçı məhkəmə qarşısına çıxarılır
27 Oktyabr 2014 18:15
Bayram Kürdəxanlının işi məhkəməyə göndərildi
Tanınmış meyxanaçı Bayram Kürdəxanlının cinayət işi məhkəməyə göndərilib.
Bu barədə lent.az-a Sabunçu rayon Məhkəməsindən məlumat verilib.
Məhkəmədən bildirib ki, oktyabrın 30-da Bayram Kürdəxanlının cinayət işi bağlı məhkəmə hazırlıq iclası keçirəcək.
Qeyd edək ki, Bayram Kürdəxanlı iyulun 12-də Sabunçu rayonu ərazisində saxlanılıb. Bakıxanov qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Bayram Kürdəxanlının üzərindən narkotik maddə aşkarlanıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb.