Bu sənətin sahibləri məsəl kimi yox, sözün əsl mənasında yüz ölçüb, bir biçirlər. Onların "çörək ağacları" iynə, sap və qayçıdır. Hər gün istifadə etdiyimiz geyimlərin yaradıcıları, onları tikib ərsəyə gətirən peşə adamlarını müasir dövrdə "modelyer", "dizayner" kimi müxtəlif adlarla çağırırsalar da, onların əsl adı dərzidir. Biz də çörəyini iynədən, sapdan, qayçıdan çıxaran sadə peşə adamı ilə söhbətləşmək qərarına gəldik. Müsahibimiz 28 yaşlı dərzi Rüfət Dünyamalıyevdir.Rüfət Dünyamalıyev: "Dərzi öz zövqü ilə sifarişçinin zövqünü uyğunlaşdırmağı bacarmalıdır"