"Dörd dəfə avtomobil qəzası keçirmişəm"

27 Oktyabr 2014 17:33
Müğənni Mirkamil Kamilov dörd dəfə avtomobil qəzası keçirib
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Günəbaxan" verilişində qonaq olarkən deyib.

Yol qəzalarından danışan ifaçı sürət sevmədiyini bildirib:

"Mən də avtomobil qəzası keçirtmişəm. Hamısı da işlə bağlı tələsdiyimə görə. Dörd dəfə avtomobil vurmuşam. Amma günahımı boynuma alıb, ziyan verdiyim maşınları təmir etdirmişəm. Səhvimə görə həmin insanlardan üzr istəmişəm. Yaşım artdıqca sürətin ziyanını dərk edirəm. İndi harasa tələssəm belə, sürətli sürmürəm".

Milli.Az