Mübariz Qurbanlıdan ruhanilərə xatırlatma - FOTO

27 Oktyabr 2014 17:20

"Ölkə dindarlarını xarici təsirlərdən qorumaq daha çox ruhanilərin üzərinə düşən məsuliyyətdir"

Trend-in məlumatına görə, bunu Şəkidə "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda iki günlük regional konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri söyləyib ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır. Ona görə də dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır.

M.Qurbanlı qeyd edib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var: "Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.