Ukraynada səslərin yarıdan çoxu hesablandı

27 Oktyabr 2014 17:12
Ukrayna Mərkəzi Seçki Komissiyası bazar günü Ali Radaya keçirilmiş seçkilərdə seçki komissiyalarından əldə edilmiş protokolların 50,08 faizini hesablayıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Baş nazir Arseniy Yasenyukun lideri olduğu Xalq Cəbhəsi Partiyası səslərin 21,61 faizini toplayıb.

"Petro Poroşenkonun bloku" 21,45 faiz, Lvov meri Andrey Sadovının rəhbərlik etdiyi Qarşılıqlı Yardım Partiyası 11,1 faiz, Yuri Boykonun "Müxalif blok"u 9,82 faiz, Oleq Lyaşkonun Radikal Partiyası 7,38 faiz, Yuliya Timoşenkonun Batkivşina Partiyası isə 5,69 faiz səs toplayıb.

Milli.Az